05.12.2011
"EkoSfera" Sosial-Ekoloji Mərkəzi, Park Bulvar, GIZ (Almaniya Beynəlxalq Əməkdaşlığı Cəmiyyəti) GmbH, Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin tələbələri ilə birgə 5 dekabr tarixində gənclər üçün Beynəlxalq Könüllülər Gününə həsr olunmuş SƏN LAZIMSAN! "Bir saatlıq könüllü" aksiyası keçiriləcək.
SƏN LAZIMSAN! “Bir saatlıq könüllü” hərəkatınə qoşulun!
IDEA Camp в Габале!
25 - 26.11.2011
Представители Центра "ЭкоСфера" приняли участие в международном лагере молодых ученых - экологов под названием "Роль молодежи в экологическом управлении: сегодня и завтра", организованный Инициативой международного диалога по охране окружающей среды - IDEA, проходившем в Габалинском районе.
Abşeronda nar festivalı!
12.11.2011
"EkoSfera" Sosial-Ekoloji Mərkəzi ilk dəfə olaraq Abşeronda nar festivalının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu gün "Abşeron - Terra Granatum" bayramı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə və tədbirin rəsmi tərəfdaşları "Təmiz Şəhər" ASC, "Xəzər" İnkişaf Fondu, ARDNŞ-nin Ekologiya İdarəsi, Well Balacan şirə istehsalçısı şirkəti ilə Qala Arxeoloji-etnoqrafik muzeyinin və Etno-ekoloji Mərkəzin ərazisində başladı.
Ətraf mühitin mühafizəsi mövzusunda beynəlxalq sərgi!
02 - 04.11.2011
"EkoSfera" Sosial-Ekoloji Mərkəzi "Xəzər: ətraf mühit üçün texnologiyalar" (CTE-2011) adlı beynəlxalq sərgidə iştirak etdi. Sərgi britaniya şirkəti ITE Group plc və onun Qafqazdakı tərəfdaşı Iteca Caspian şirkətinin iştirakı və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təşkil edilmişdi. Bu sərgi Xəzəryanı və Qafqaz regionlarında ətraf mühitin mühafizəsi mövzusunda keçirilən ən iri tədbirdir. Bizim təşkilat Azərbaycanın ekoloji sahədə fəaliyyət göstərən QHT-lərini və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyini təmsil edən stendlə çıxış etdi.
Qalada master-klass!
12.10.2011
Bu gün biz Qaladakı yeni Etno-ekoloji mərkəzdə qadınlar üçün batik üzrə master-klass keçirdik. Gözəl gün və bütün iştirakçıların gözə əhval-ruhiyyəsinə görə rəssam Tatyana Ağababayevaya təşəkkür edirik. Hamını bizim böyüklər üçün dekorativ-tətbiqi sənətkarlıq üzrə ixtisaslaşmış master-klasslarımıza dəvət edirik.
Azərbaycanın milli parkları XXI əsrdə!
08 - 09.10.2011
"EkoSfera" Sosial-Ekoloji Mərkəzi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universitetinin "Ekologiya və Torpaqşünaslıq" fakültəsinin "Bioekologiya" kafedrası ilə birgə 8-9 oktyabr tarixlərində gənclər üçün 6 oktyabr Ümumdünya Yayılma ərazilərinin mühafizəsi gününə həsr olunmuş "Azərbaycanın milli parkları XXI əsrdə: qlobal dəyişikliklər kontekstində Azərbaycanın bioloji və etno-mədəni müxtəlifliyinin dayanıqlı inkişafı və mühafizəsinə töhfə" adlı elmi-təcrübi seminar keçirdi.
Uşaqlara heyvanlar haqqında!
04.10.2011
Biz 4 oktyabr Ümumdünya Heyvanlar Gününü gənc dostlarımızla birgə keçirməyi qərara aldıq. Bu gün biz Avropa Liseyinin şagirdlərinin köməyi ilə hədiyələr - oyuncaq heyvanlar topladıq və 1 saylı uşaq evinin sakinlərinə qonaq getdik. Bizə qoşulan və uşaqlara sevinc bəxş edən hər bir kəsə minnətdarlığımızı bildiririk.
Qalada məktəblilərin müsabiqəsi
04.10.2011
Bu gün biz Qaladakı iki məktəbin şagirdləri arasında komanda müsabiqəsi keçirdik. "Təmiz Şəhər" ASC tərəfindən keçirilən "Tullantıların çeşidlənməsi və ayrılıqda toplanması" proqramının 30 ən aktiv gənc biliciləri breyn-rinqdə iştirak etdilər. Birinci yeri 92 saylı məktəbin komandası tutdu.
"Ot üzərində disput"
27.09.2011
"EkoSfera" Sosial-Ekoloji Mərkəzi, "Xəzər" İnkişaf Fondu və "Bioekologiya" kafedrası ilə birgə sentyabrın 27-də Ümumdünya Turizm gününə həsr olunmuş "Azərbaycanda ekoloji və mədəni turizmin inkişafı: gənclərin baxışı" mövzusunda "Ot üzərində disput" keçirdi.
Qalada yeni Etno-ekoloji mərkəzə dəvət edirik!

08.09.2011
"EkoSfera" hamını Qaladakı yeni Etno-ekoloji mərkəzə dəvət edir. Bizim ətraf mühitin, Azərbaycanın mədəni və təbii irsinin mühafizəsi, sənətkarlıq növlərinin inkişafı, interaktiv ekoloji və mədəni turizmlə əlaqədar tədbir və proqramlarımıza qoşulun.
